İran hərbi rəsmisi: “Hələbin azad olunması İslam inqilabının bölgə və dünyaya yayılması üçün nailiyyətdir”

İran hərbi rəsmisi: “Hələbin azad olunması İslam inqilabının bölgə və dünyaya yayılması üçün nailiyyətdir” ​General-mayor Məhəmmədəli Cəfəri: “Təhlükəsizlik xətti bu gün sərhədləri aşıb”
Region
27 Dekabr , 2016 10:00
İran hərbi rəsmisi: “Hələbin azad olunması İslam inqilabının bölgə və dünyaya yayılması üçün nailiyyətdir”

Bakı. 27 dekabr. REPORT.AZ/ “Hələbin azad olunması bölgə və dünyaya İran İslam İnqilabının yayılması üçün bir nailiyyətdir”.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilab Keşikçiləri Qvardiyasının komandanı general-mayor Məhəmmədəli Cəfəri bildirib.

“Təhlükəsizlik xətti bu gün sərhədləri aşıb. Bu güvənliklə yanaşı, əldə etdiyimiz nailiyyətlərdən biri inqilabın bölgəyə və dünyaya ixracıdır. Hələb cəbhəsi İran üçün irəliyə doğru uçuş cəbhəsidir”, - deyə general-mayor vurğulayıb.

Qeyd edək ki, dekabrın 15-də Rusiya və İranın dəstəyi ilə Suriyanın Hələb şəhəri Bəşşar Əsəd rejiminə müxalif silahlılardan təmizlənib. 

Xatırladaq ki, M.Cəfəri İslam İnqilabının ixracı dedikdə, ayətullah Xomeyninin islam inqilabı doktrinasının yayılmasını nəzrədə tutur. 

Son xəbərlər

Orphus sistemi