İran hərbi obyektlərində yoxlama aparılmasına icazə verməyəcək

İran hərbi obyektlərində yoxlama aparılmasına icazə verməyəcək Məhəmməd Bakər Noubaxt: "Hərbi obyektlər gizlidir və heç kim onlara daxil ola bilməz"
Region
29 avqust 2017 12:38
İran hərbi obyektlərində yoxlama aparılmasına icazə verməyəcək

Bakı. 29 avqust. REPORT.AZ/ Rəsmi Tehran heç kimə hərbi obyektlərində yoxlama aparmağa icazə verməyəcək.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin nümayəndəsi Məhəmməd Bakər Noubaxt bildirib.

"Hərbi obyektlər gizlidir və heç kim onlara daxil ola bilməz", - o deyib.

Qeyd edək ki, daha əvvəl ABŞ rəsmi Tehranın atom enerjisinə dair sazişə riayət edib-etməməsini müəyyənləşdirmək məqsədilə İranın hərbi obyektlərində yoxlamalar aparmağı tələb edib.

Son xəbərlər

Orphus sistemi