Bakı. 17 oktyabr. REPORT.AZ/ İranın hava limanlarında ölkəyə Ebola virusunun müşahidə olunduğu xarici dövlətlərdən gələn əcnəbi vətəndaşları müayinə etmək üçün xüsusi tibbi mərkəzlər təşkil olunub. "Report" ISNA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər İdarəsinin rəis müavini Mahmud Nəbəvi bildirib.
Onun sözlərinə görə, Ebola virusu hallarının təsbit edildiyi ölkələrdən İrana gələn vətəndaşlar sərhəd-keçid məntəqələrində tibbi müayinədən keçirlər.