İran Haaqa Beynəlxalq Məhkəməsində ABŞ-a qarşı iddia qaldırıb

İran Haaqa Beynəlxalq Məhkəməsində ABŞ-a qarşı iddia qaldırıb Buna səbəb kimi İran Milli Bankının ABŞ tərəfindən dondurulmuş əmlakının bir hissəsinin müsadirə edilməsi göstərilib
Region
9 Fevral , 2017 13:09
İran Haaqa Beynəlxalq Məhkəməsində ABŞ-a qarşı iddia qaldırıb

Bakı. 9 fevral. REPORT.AZ/ İran Haaqa Beynəlxalq Məhkəməsində ABŞ-a qarşı iddia qaldırıb. 

"Report" xəbər verir ki, bu barədə İRNA-ya İranın hüquq işlər üzrə vitse-prezidenti Məcid Ənsari məlumat verib.

Onun sözlərinə görə, buna səbəb İran Milli Bankının ABŞ tərəfindən dondurulmuş əmlakının bir hissəsinin müsadirə edilməsidir. 

"Şikayətin izlənməsi çox ciddi məsələdir və biz Haaqa Beynəlxalq Məhkəməsində ABŞ-a qarşı iddia qaldırmağı bacardıq. Artıq məhkəmə iddiamızı qeydə də alıb", - deyə vitse-prezident bildirib.

Son xəbərlər

Orphus sistemi