İran-Ermənistan Azad Ticarət Zonasının fəaliyyətə başlayacağı tarix açıqlanıb

İran-Ermənistan Azad Ticarət Zonasının fəaliyyətə başlayacağı tarix açıqlanıb Bakı. 29 noyabr. REPORT.AZ/ İran İslam Respublikası ilə Ermənistan arasında Mehri Azad Ticarət Zonasının fəaliyyətə başlayacağı tarix açıqlanıb.
Region
29 Noyabr , 2017 12:44
İran-Ermənistan Azad Ticarət Zonasının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Bakı. 29 noyabr. REPORT.AZ/ İran İslam Respublikası ilə Ermənistan arasında Mehri Azad Ticarət Zonasının fəaliyyətə başlayacağı tarix açıqlanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı Ermənistanın İqtisadi İnkişaf və Sərmayə Nazirliyinin mətbuat xidməti yayıb.

Ermənistanın iqtisadi inkişaf və sərmayə naziri Suren Karayanın başçılıq etdiyi nümayəndə heyəti Mehri Azad Ticarət Zonasının ərazisində olub və oradakı işlərlə maraqlanıb.

Məlumata görə, tikinti işlər başa çatmaq üzrədir. Mehri Azad Ticarət Zonası dekabrın 15-də fəaliyyətə başlayacaq. Bu zonanın tikintisinin ümumi dəyəri 32 milyon dollardır, sahəsi 10-15 hektardır. Gələcəkdə 45-50 hektaradək genişləndirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi