İran DİN: Bir sıra regionlarda parlament seçkilərinin ikinci turu keçiriləcək

İran DİN: Bir sıra regionlarda parlament seçkilərinin ikinci turu keçiriləcək Tehran üzrə səsvermənin ilkin nəticələri bu gün axşam elan olunacaq
Region
27 Fevral , 2016 17:50
İran DİN: Bir sıra regionlarda parlament seçkilərinin ikinci turu keçiriləcək

Bakı. 27 fevral. REPORT.AZ/ İranın bəzi şəhərlərində və yaşayış məntəqələrində aprelin sonunda Məclis (parlament) seçkilərinin ikinci turu keçiriləcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bu gün İranın daxili işlər naziri Abdolreza Rəhmani Fəzli məlumat verib.

Nazirin sözlərinə görə, söhbət namizədlər səslərin tələb olunan minimumunu - 25%-lik həddi toplaya bilmədiyi yerlərdən gedir.

"Həmçinin Tehran üzrə səsvermənin ilkin nəticələri bu gün axşam elan oluna bilər. Amma yekun nəticələr daha uzun zaman ala bilər", - deyə A.R.Fəzli bildirib.

Qeyd edək ki, fevralın 26-da İranda Məclisə və Məşvərət Şurasına seçkilər keçirilib.

Son xəbərlər

Orphus sistemi