İran Baş Prokurorluğu: Tehran həbsxanalarında casusluq ittihamı ilə 70-dən çox məhkum saxlanılır

İran Baş Prokurorluğu: Tehran həbsxanalarında casusluq ittihamı ilə 70-dən çox məhkum saxlanılır Qulamhüseyn Möhsüni-Ejei: "Onların sayı artmayıb"
Region
26 Fevral , 2018 15:09
İran Baş Prokurorluğu: Tehran həbsxanalarında casusluq ittihamı ilə 70-dən çox məhkum saxlanılır

Bakı. 26 fevral. REPORT.AZ/ “Tehran həbsxanalarında casusluğa görə mühakimə olunan 70-dən çox məhkum saxlanılır”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu məlumatı ölkənin Baş Prokurorluğu açıqlayıb.

İranın keçmiş kəşfiyyat və informasiya naziri, məhkəmə hakimiyyətinin indiki sözçüsü Qulamhüseyn Möhsüni-Ejei son iki ildə casusuluq ittihamı ilə mühakimə olunanların sayının artması barədə jurnalistlərin sualına cavabında onları sakitləşdirərək deyib: “Casusluq ittihamı ilə həbs olunanların sayı artmayıb. Onların bəziləri ötən illərdən cəzasını çəkir. Bir neçəsi artıq sərbəst buraxılıb”.

Son xəbərlər

Orphus sistemi