XİN sözçüsü: "İran AEBA ilə əməkdaşlığı davam etdirməyə hazırdır"

XİN sözçüsü: "İran AEBA ilə əməkdaşlığı davam etdirməyə hazırdır" İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə xoş mərama, qarşılıqlı hörmətə, tərəfsizliyə, peşəkarlığa əsaslanan konstruktiv əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Region
31 oktyabr 2019 08:44
XİN sözçüsü: İran AEBA ilə əməkdaşlığı davam etdirməyə hazırdır

"İran  Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə xoş mərama, qarşılıqlı hörmətə, tərəfsizliyə, peşəkarlığa əsaslanan konstruktiv əməkdaşlığı inkişaf etdirməyə hazırdır".

“Report” İrNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyi sözçüsü Abbas Musəvi AEBA-nın yeni baş direktoru seçilməsi münasibətilə Rafael Qrossini təbrik edərkən deyib.

Tərksilah, nüvə silahlarının yayılmaması, sülhpərvər nüvə əməkdaşlığı kimi sahələrdə AEBA-nın mühüm rolunu qeyd edən İran rəsmisi yeni rəhbərin bu təşkilatın beynəlxalq öhdəliklərini və vəzifələrini tam bitərəfliyə əsaslanaraq yerinə yetirəcəyinə ümidvar olduqlarını söyləyib.

XİN sözçüsü 2015-ci ilin iyul ayında İranın nüvə proqramı ilə bağlı Müştərək Əhatəli Fəaliyyət Planı (JCPOA) kimi tanınan beynəlxalq sövdələşmənin baş tutmasənda da açar rolunu, İranla təşkilatın üzv ölkələri ilə əməkdaşlığı baxımından səmərəli fəaliyyətini vurğulayıb.

Xatırladaq ki, AEBAnın Direktorlar Şurasının ötən gün baş direktor təyin etdiyi Rafael Qrossi dekabrın əvvəlindən vəzifəsinə başlayacaq.

Son xəbərlər

Orphus sistemi