​İran 2016-cı ildə qaz hasilatını gündə 700 mln. kubmetrə çatdıracaq

​İran 2016-cı ildə qaz hasilatını gündə 700 mln. kubmetrə çatdıracaq Bu göstəricinin tezliklə gündə 1,2 mlrd. kubmetrə çatdırılması planlaşdırılır
Region
13 Sentyabr , 2015 11:43
​İran 2016-cı ildə qaz hasilatını gündə 700 mln. kubmetrə çatdıracaq

Bakı. 13 sentyabr. REPORT.AZ/ İran 2016-cı ilin aprelinədək gündəlik ümumi təbii qaz hasilatını 700 milyon kubmetrə qədər artırmağı planlaşdırır.

"Report" "Press TV"yə istinadən xəbər verir ki, bu barədə ölkənin neft nazirinin müşaviri Mahmud Astanex məlumat verib.

Belə olan halda, İranda ümumi təbii qaz hasilatı gündə 50 mln. kubmetr artacaq.

Müşavir qeyd edib ki, yaxın bir neçə il ərzində İran bu göstəricini gündə 1,2 milyard kubmetrə qədər artıracaq. Gözlənildiyinə görə, bu həcmin təqribən yarısı daxili tələbat üçün nəzərdə tutulacaq.

Astanex bildirib ki, İranda qarşıdan gələn qış fəslində qaza tələbat gündə 550 mln. kubmetrdən çox olmamalıdır. Proqnoza görə, qışda ölkədə təbii qaz çatışmazlığı gözlənilmir.

Son xəbərlər

Orphus sistemi