​İlker Aycı "Türk Hava Yolları" İdarə Heyətinin yeni sədri seçilib

​İlker Aycı "Türk Hava Yolları" İdarə Heyətinin yeni sədri seçilib Toplantıda THY İdarə Heyətinin sədr müavini və üzvləri də seçilib
Region
6 Aprel , 2015 20:15
​İlker Aycı Türk Hava Yolları İdarə Heyətinin yeni sədri seçilib

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün "Türk Hava Yolları" (THY) İdarə Heyətinin növbədənkənar toplantısı keçirilib.

"Report"un məlumatına görə, yığıncaqda İnvestisiya Agentliyinin rəhbəri İlker Aycı THY İdarə Heyətinə yeni sədr seçilib.

Bundan başqa, toplantıda THY İdarə Heyətinin sədr müavini və üzvləri də seçilib.

Qeyd edək ki, THY İdarə Heyətinin sədri vəzifəsini 2010-cu ildən icra edən Hamdi Topçu postundan istefa verib. 

Son xəbərlər

Orphus sistemi