İdlibdə Türkiyənin daha bir hərbçisi həlak oldu

İdlibdə Türkiyənin daha bir hərbçisi həlak oldu Suriyanın İdlib bölgəsində yaralanan Türkiyənin müddətdən artıq hərbi qulluqçusu Enes Kaya həlak olub.
Region
5 Mart , 2020 17:25
İdlibdə Türkiyənin daha bir hərbçisi həlak oldu

Suriyanın İdlib bölgəsində yaralanan Türkiyənin müddətdən artıq hərbi qulluqçusu Enes Kaya həlak olub.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, məlumatı Qaziantep valiliyi yayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiya prezidenti Vladimir Putinlə İdlibdə atəşkəsin əldə edilməsi ilə bağlı danışıqlar aparır.

Xatırladaq ki, Enes Kaya martın 4-də Bəşşar Əsədə bağlı silahlıların açdığı atəş nəticəsində yaralanmışdı. Martın 5-də müalicə aldığı Türkiyənin Reyhanlı dövlət xəstəxanasında vəfat edib.

Son xəbərlər

Orphus sistemi