İbrahim Kalın: "Türkiyə terrorla mübarizədə bütün zəruri addımları atır"

İbrahim Kalın: "Türkiyə terrorla mübarizədə bütün zəruri addımları atır" "Bu günə qədər Türkiyə hökuməti 120-dən çox ölkədən təxminən 37 min əcnəbinin ölkəyə girişinə qadağa qoyub"
Region
28 Mart , 2016 16:31
İbrahim Kalın: Türkiyə terrorla mübarizədə bütün zəruri addımları atır

Bakı. 28 mart. REPORT.AZ/ "Bu günə qədər Türkiyə hökuməti 120-dən çox ölkədən təxminən 37 min əcnəbinin ölkəyə girişinə qadağa qoyub".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Onun sözlərinə görə, artıq terror təşkilatları ilə əlaqəsi olmaqda şübhəli bilinən üç mindən çox əcnəbi ölkədən deportasiya edilib: "Ankara bu məsələdə qəti mövqə tutur və bu istiqamətdə bütün zəruri addımları atmağa davam edəcək".

İ.Kalın Brüsseldəki terror hücumundan və digər oxşar aktlardan sonra yeni sistematik problemin aktuallaşdığını qeyd edib. O, bütün bu baş verənlərdən sonra islamofobiyanın artdığını və antiislam ab-havasının siyasi vasitə kimi işlədildiyini vurğulayıb.

"Bu halla Brüsseldəki terror aktından sonra yenidən rastlaşdıq. İctimai rəyi formalaşdıran siyasətçilər, dini liderlər, icma başçıları, KİV, məşhur şəxslər bu məsələdə daha çox məsuliyyət hiss etməlidirlər. Çünki İslama qarşı yönəlmiş istənilən söz, ifadə, deyim İŞİD, "əl-Qaidə" kimi ekstremist terror təşkilatlarının işinə yarayır", - deyə İ.Kalın bildirib.

Son xəbərlər

Orphus sistemi