İbrahim Kalın: "Afrinin 70 faizində təhlükəsizlik tamamilə təmin edilib”

İbrahim Kalın: "Afrinin 70 faizində təhlükəsizlik tamamilə təmin edilib” "Yaxın zamanda Afrinin mərkəzinin terrorçulardan tamamilə təmizlənməsi gözlənilir"
Region
15 Mart , 2018 12:40
İbrahim Kalın: Afrinin 70 faizində təhlükəsizlik tamamilə təmin edilib”

Bakı. 15 mart. REPORT.AZ/ “Afrinin 70 faizində təhlükəsizlik tamamilə təmin edilib”.

“Report” NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın martın 15-də keçirdiyi mətbuat konfransında bildirib.

“Afrini yeni bir Kandilə çevirmək istəyirdilər. “Zeytun budağı” əməliyyatı ilə bu ideya alt-üst edildi. Terrorçuların mühasirə dairəsi çox daralıb. Yaxın zamanda Afrinin mərkəzinin terrorçulardan tamamilə təmizlənməsi gözlənilir”, - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi