Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, söhbət zamanı taxıl daşınmasına hazırlıqla bağlı son vəziyyətə dair fikir mübadiləsi aparılıb.
Hər iki nazir texniki işlərin yekunlaşma üzrə olduğunu və ən qısa müddətə daşınmanın planlaşdırıldığını bildirib.
Eyni zamanda telefon danışığında İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki əməkdaşlıq və koordinasiyadan məmnunluq ifadə olunub.