Türkiyənin milli müdafiə naziri Hulusi Akar Almaniyada ukraynalı həmkarı Oleksiy Reznikovla görüşüb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, H.Akar həmçinin digər həmkarları, o cümlədən Yunanıstanın müdafiə naziri Nikolaos Panaqiotopoulosla ayaqüstü söhbət edib.
Qeyd edək ki, hazırda 30-a yaxın ölkənin müdafiə nazirləri Ukrayna ətrafındakı durumu müzakirə etmək üçün Almaniyadadırlar.