Hulusi Akar Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulub-qoşulmayacağına aydınlıq gətirib

Hulusi Akar Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulub-qoşulmayacağına aydınlıq gətirib  “Sanksiyalara qoşulmayacağıq deyə bir şey yoxdur. BMT tərəfindən qərar verilən sanksiyalar nədirsə Türkiyə onlarla bağlı üzərinə düşəni edir”
Region
17 Mart , 2022 12:27
Hulusi Akar Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulub-qoşulmayacağına aydınlıq gətirib
Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulub-qoşulmayacağına aydınlıq gətirib.

“Report”un xəbərinə görə, Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin iclasından Ankaraya qayıdan zaman jurnalistlərin suallarını cavablandıran nazir bildirib ki, Türkiyə yalnız BMT səviyyəsində elan olunan sanksiyaları dəstəkləyir.

“Sanksiyalara qoşulmayacağıq deyə bir şey yoxdur. BMT tərəfindən qərar verilən sanksiyalar nədirsə Türkiyə onlarla bağlı üzərinə düşəni edir”, - o vurğulayıb.

H.Akar hesab edir ki, olayı böyütmək yox, məhdudlaşdırmaq lazımdır: “Atəşkəsin dərhal təmin olunması ilə birgə siyasi, diplomatik danışıqların başlaması ilə yubanmada ora sabitlik, sülh gəlməlidir”.

O qeyd edib ki, bu məsələlərdə qazanc-itki balansını yaxşı dəyərləndirmək lazımdır.

“Bu mənada bizim “Heç bir sanksiya tətbiq etməyəcəyik” şəklində mövqeyimiz yoxdur, amma uzaqgörənlik və ehtiyatla hərəkət emtəyin həm Ukrayna, həm Rusiya, həm də bölgə üçün faydalı olacağını düşünürük”, - H.Akar bildirib.

Son xəbərlər

Orphus sistemi