Hulusi Akar Qırğız Respublikasının prezidenti ilə görüşüb

Hulusi Akar Qırğız Respublikasının prezidenti ilə görüşüb Qırğız Respublikasının prezidenti Sadır Caparov Türkiyənin milli müdafiə naziri Hulusi Akarı qəbul edib.
Region
30 İyun , 2021 16:22
Hulusi Akar Qırğız Respublikasının prezidenti ilə görüşüb

Qırğız Respublikasının prezidenti Sadır Caparov Türkiyənin milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

“Report” xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Tərəflər Türkiyə - Qırğız Respublikası Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında ikitərəfli əməkdaşlığın irəliyə doğru yol xəritəsi ortaya qoyduğunu vurğulayıb.

Akar səfər çərçivəsində dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Çölün müdrik qələmi” adlanan muzeyini də ziyarət edib.

Türkiyənin milli müdafiə naziri Qırğız Respublikasına səfərini başa vurduqdan sonra Tacikistana yola düşüb.

Son xəbərlər

Orphus sistemi