Hulusi Akar qazaxıstanlı həmkarı ilə görüşüb

Hulusi Akar qazaxıstanlı həmkarı ilə görüşüb Qazaxıstan müdafiə naziri General-leytenant Ruslan Jaksılıkov Türkiyədə səfərdədir.
Region
10 May , 2022 11:00
Hulusi Akar qazaxıstanlı həmkarı ilə görüşüb

Qazaxıstanın müdafiə naziri general-leytenant Ruslan Jaksılıkov Türkiyədə səfərdədir.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, türkiyəli həmkarı Hulusi Akarla görüşüb. Nazirlər ikitərəfli və regional məsələləri müzakirə ediblər. Onlar, həmçinin hərbi əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, general-leytenant R.Jaksılıkov Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayevin Türkiyəyə səfəri çərçivəsində həmkarı ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi