Hulusi Akar: "Kandildə terrorçuların işığı sönür"

Hulusi Akar: "Kandildə terrorçuların işığı sönür" "Biz son terrorçunu zərərsizləşdirənədək mübarizəmizi davam etdirəcəyik"
Region
120
20 May , 2021 17:08
Hulusi Akar: Kandildə terrorçuların işığı sönür
Hulusi Akar

"İraqın şimalındakı Kandil dağında terrorçu PKK qruplaşmasının düşərgəsinin işıqları sönür".

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar mayın 20-də jurnalistlərə bildirib.

Media nümayəndələrindən biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Hədəfimiz Kandil” açıqlamasını xatırladaraq verdiyi “Bunu əməliyyatın siqnalı olaraq anlaya bilərikmi?” sualını Hulusi Akar belə cavablandırıb: “Biz son terrorçunu zərərsizləşdirənədək mübarizəmizi davam etdirəcəyik. Təxminən 40 ildir uca millətimizin başına açılan bu bəladan xilas olmaq üçün ölsək şəhid, qalsaq qazi anlayışı ilə mübarizəmizi sürdürürük. Terrorçular haradadırsa, biz orada olacaq, millətimizi xilas edəcəyik. Kandilin işıqlarının söndüyünü, qaranlığa büründüyünü, terrorçuların sonlarının gəldiyini hamımız görürük. Bunu daha tez başa düşmələrini və ədalətə təslim omalarını gözləyirik”.

Hulusi Akar “Pençe Şimşek” və “Pençe Yıldırım” antiterror əməliyyatları nəticəsində bu günədək 121 terrorçunu zərərsizləşdirdiklərini deyib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları aprelin 23-də başlayıb.

Son xəbərlər

Orphus sistemi