Rusiyanın Həştərxan şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində yaralananların sayı 12-yə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2 nəfər ölüb, həyatlarını itirənlər arasında uşaq yoxdur.
Ölənlərin sayının artacağı mümkündür.
15.53
Rusiyanın Həştərxan şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidməti bildirib.
İlkin məlumata görə, hadisə məişət qazının partlaması nəticəsində baş verib. İki nəfər xilas, 70 nəfər təxliyə edilib.
Partlayışdan sonra yanğın başlayıb. Yanğın nəzarət altına alınıb.