Həştərxanda Xəzər dənizi vasitəsilə kənd təsərrüfatı məhsulları dövriyyəsini artırmaq üçün layihə hazırlanıb

Həştərxanda Xəzər dənizi vasitəsilə kənd təsərrüfatı məhsulları dövriyyəsini artırmaq üçün layihə hazırlanıb Zavodun baş direktoru bildirib ki, artıq İran və Azərbaycan layihəyə maraq göstəriblər
Region
27 Fevral , 2015 11:34
Həştərxanda Xəzər dənizi vasitəsilə  kənd təsərrüfatı məhsulları dövriyyəsini artırmaq üçün layihə hazırlanıb

Bakı. 27 fevral. REPORT.AZ/ Həştərxanda Xəzər dənizi və Rusiyanın daxili sularında kənd təsərrüfatı mallarının dövriyyəsini artırmağa imkan verən layihə hazırlanıb. "Report" Həştərxan vilayəti Sənaye, Nəqliyyat və Təbii Ehtiyatlar Nazirliyinə istinadən xəbər verir ki, layihə Həştərxanın ən iri gəmiqayırma zavodu tərəfindən hazırlanıb. O, meyvə-tərəvəz, taxıl, taxta və digər yüklərin daşınması üçün "çay-dəniz" tipli universal gəmilərin tikintisini nəzərdə tutur.

Gəminin yükgötürmə qabiliyyəti 1600 ton, universal yükdaşıma gəmilərin isə 5 000 tona qədər təşkil edəcək. 3 il ərzində zavod 5-6 gəmi tikə biləcək. Layihə Xəzəryanı ölkələrlə ticari əməkdaşlığı genişləndirməyə imkan verəcək. 

"Krasnıye Barrikadı" zəvodunun baş direktoru Aleksandr İlyiçov qeyd edib ki, qida və sənaye məhsullarının Xəzər dənizi ilə daşınmasına tələbatı olan İran və Azərbaycan artıq layihəyə maraq göstərib. 

Son xəbərlər

Orphus sistemi