Həsən Ruhani: "Rusiya və İran regionda sülhün təminatçısıdır"

Həsən Ruhani: "Rusiya və İran regionda sülhün təminatçısıdır" Tehranda Həsən Ruhani və Vladimir Putin arasında görüş keçirilir
Region
1 Noyabr , 2017 16:29
Həsən Ruhani: Rusiya və İran regionda sülhün təminatçısıdır

Bakı. 1 noyabr. REPORT.AZ/ "Rusiya və İran regionda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Rusiya dövlət başçısı Vladimir Putinlə Tehranda keçirilən görüşdə deyib.

"İkitərəfli münasibətlərdən əlavə, ölkələrimizin regionda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynamasından çox məmnunuq", - deyə H.Ruhani görüşdən əvvəl bildirib.

Görüşdən əvvəl V.Putin həmkarına təşkilatçılığa görə təşəkkür edib: "Həm ikitərəfli Rusiya-İran formatında, həm də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli formatda yüksək səviyyədə danışıqların aparılması imkanı yaranıb".

Son xəbərlər

Orphus sistemi