Həsən Ruhani: "İran uranın məhdudiyyətsiz zənginləşdirilməsini bərpa etməyə hazırdır"

Həsən Ruhani: "İran uranın məhdudiyyətsiz zənginləşdirilməsini bərpa etməyə hazırdır" "Tehran öz müttəfiqləri ilə nüvə sazişi üzrə işini Vaşinqtonsuz davam etdirəcək"
Region
8 May , 2018 22:59
Həsən Ruhani: İran uranın məhdudiyyətsiz zənginləşdirilməsini bərpa etməyə hazırdır

Bakı. 9 may. REPORT.AZ/ "İran uranın sənaye səviyyəsində zənginləşdirilməsini məhdudiyyətsiz davam etdirməyə hazırdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı televiziya ilə xalqa müraciətində İslam Respublikasının prezidenti Həsən Ruhani deyib.

"Gələcəkdə, zərurət yaranarsa, biz heç bir məhdudiyyət olmadan uranı sənaye səviyyəsində zənginləşdirəcəyik", - deyə o əlavə edib.

"Mən respublikanın atom enerjisi təşkilatına heç bir məhdudiyyət olmadan uranın zənginləşdirilməsinə hazır olmaq göstərişi verdim, lakin biz məsləhətləşmələr aparılacağı dövr ərzində bir neçə həftə səbr edəcəyik. Əgər maraqlarımıza zəmanət verilməsə, o zaman bizim bir dəqiq yolumuz olacaq", - deyə Ruhani bildirib.

Həsən Ruhani həmçinin Birləşmiş Ştatları problemli tərəfaş və öz öhdəliklərinə riayət etməyən ölkə adlandırıb:

"İran öz öhdəliklərinə əməl edən, ABŞ isə öhdəliklərinə heç zaman əməl etməyən ölkədir", - deyə o bildirib. Nüvə sövdələşməsi beynəlxalq müqavilədir və ABŞ ondan çıxmamalı idi. O bununla göstərdi ki, onlar beynəlxalq sazişlər üzrə öhdəliklərə riayət etmirlər".

Prezident əlavə edib ki, Tehran öz müttəfiqləri ilə nüvə sazişi üzrə işini Vaşinqtonsuz davam etdirəcək. Onun sözlərinə görə, İranın Xarici İşlər Nazirliyi Rusiya, Çin və Avropa dövlətləri ilə məsləhətləşmələr aparacaq.

Son xəbərlər

Orphus sistemi