Həsən Ruhani: "İran, Rusiya və Türkiyə Suriyadakı terrorizmi dayandıra bildi"

Həsən Ruhani: "İran, Rusiya və Türkiyə Suriyadakı terrorizmi dayandıra bildi" Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiya, Türkiyə və İran Suriyadakı terrorizmi dayandıra və onun regionda və dünyada yayılmasının qarşısını ala bildi.
Region
7 Sentyabr , 2018 16:02
Həsən Ruhani: İran, Rusiya və Türkiyə Suriyadakı terrorizmi dayandıra bildi

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Rusiya, Türkiyə və İran Suriyadakı terrorizmi dayandıra və onun regionda və dünyada yayılmasının qarşısını ala bildi".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Tehranda rusiyalı və türkiyəli həmkarları ilə görüşündə deyib.

"Bu gün qeyd edilən səylər nəticəsində Suriyadaxili qüvvələr arasında konstruktiv dialoq üçün zəmin yaradılıb", - H.Ruhani bildirib.

Onun sözlərinə görə, Suriyada terrorizmlə mübarizənin ən effektiv yolu Dəməşqdəki qanuni hökumətlə əməkdaşlıq etməkdir.

İran prezidenti ABŞ-ın Suriyadakı mövcudluğunun qanunsuz, təcavüz forması olduğunu və bunun bölgədə sülhün əldə olunmasını çətinləşdirdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi