Həniyə: Ərdoğanın HƏMAS-ı Qüvayi-milliyəyə bənzətməsi Fələstin xalqı üçün qürur mənbəyidir

Həniyə: Ərdoğanın HƏMAS-ı Qüvayi-milliyəyə bənzətməsi Fələstin xalqı üçün qürur mənbəyidir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS-ı Qüvayi-milliyəyə bənzətdiyi açıqlaması Fələstin xalqı üçün qürur mənbəyidir.
Region
21 Aprel , 2024 02:27
Həniyə: Ərdoğanın HƏMAS-ı Qüvayi-milliyəyə bənzətməsi Fələstin xalqı üçün qürur mənbəyidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS-ı Qüvayi-milliyəyə bənzətdiyi açıqlaması Fələstin xalqı üçün qürur mənbəyidir.

“Report” xəbər verir ki, bu barədə HƏMAS-ın Siyasi Bürosunun başçısı İsmayıl Həniyə “Anadolu”ya söyləyib.

“Prezident Ərdoğanın Ədalət və İnkişaf Partiyasının parlament qrup toplantısında verdiyi və HƏMAS-ı “Milli qurtuluş hərəkatı” kimi tərif edən və Qüvayi-milliyəyə bənzədən açıqlaması, sözsüz, bizim və Fələstin xalqı üçün qürur mənbəyidir”, – Həniyə deyib.

Prezident Ərdoğanın və Türkiyənin xalqının Fələstin məsələsinə münasibətini yüksək qiymətləndirən Həniyə dövlət başçısının BMT-dəki tarixi çıxışını da xatırladıb:

“Ərdoğanın BMT-də Fələstin xəritəsini qaldırıb torpaqlarımızın necə işğal edildiyini izah edərək Şimon Peresə verdiyi cavabı hələ də xatırlayırıq”.

“Türkiyənin bölgədəki mövqeyini, regional və beynəlxalq siyasətini, Fələstin davası və Qəzzaya münasibətini yaxından izləyirik”, – o vurğulayıb.

Xatırladaq ki, aprelin 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ın Siyasi Bürosunun başçısı İsmayıl Həniyəni qəbul edib.

Aprelin 17-də Türkiyə Prezidenti Türkiyə Böyük Millət Məclisində qrup toplantısında Fələstinin HƏMAS təşkilatını Qüvayi-milliyəyə oxşadıb: “Qüvayi-milliyə nədirsə, HƏMAS da odur”. Dövlət başçısının HƏMAS-ı Türkiyə İstiqlaliyyət müharibəsinin ilk müdafiə dəstəsi ilə müqayisə etməsi ölkə daxilində birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Qüvayi-milliyə Osmanlı İmperiyasının yunan, ingilis, fransız, italyan və erməni qoşunları tərəfindən işğal edildiyi və Mudros müqaviləsindən sonra ağır şərtlərin tətbiq olunduğu dövrdə, müxtəlif bölgələrdə Osmanlı ordusunun silahlarının paylandığı günlərdə yaranan müqavimət təşkilatına verilmiş addır.

Son xəbərlər

Orphus sistemi