İraqda "Haşdi Şabi" silahlı qruplaşmasının fəaliyyəti qadağan edilib

İraqda "Haşdi Şabi" silahlı qruplaşmasının fəaliyyəti qadağan edilib İraqın baş naziri Adil Əbdülmehdi İranyönümlü “Haşdi Şabi” silahlı qruplaşmanın gələcək fəaliyəti ilə bağlı qərar qəbul edib.
Region
2 İyul , 2019 12:19
İraqda Haşdi Şabi silahlı qruplaşmasının fəaliyyəti qadağan edilib

İraqın baş naziri Adil Əbdülmehdi İranyönümlü “Haşdi Şabi” silahlı qruplaşmanın gələcək fəaliyəti ilə bağlı qərar qəbul edib.

“Report” xəbər verir ki, məlumatı “Mehr” yayıb.

Bildirilib ki, “Haşdi Şabi” İraq ordusunun bir hissəsidir və onun silahlıları Ali Baş Komandanın əmrləri əsasında fəaliyyət göstərməlidir.

Məlumata görə, bu silahlı dəstə terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə istifadə etdiyi adlardan bundan sonra yararlana bilməyəcək. Bu adların yerinə “briqada” və “polk” kimi hərbi terminlərdən istifadə ediləcək.

Yeni təlimata əsasən, İraq ordusunun silahlı qüvvələrinə daxil olmaq istəməyən qruplar ölkə qanunları çərçivəsində siyasi partiyaya çevirilə bilər. Bu qruplar mülki iş yerlərini qorumaq üçün icazə ilə silah gəzdirə bilər. Başqa halda silah gəzdirmək qadağan edilib.

“Haşdi Şabi”yə aid bütün iqtisadi bürolar və hərbi nəzarət məntəqələri bağlanacaq.

2019-cu il iyulun 31-dək bu silahlı qruplaşma Adil Əbdülmehdinin qərarına əməl etməlidir. 

Son xəbərlər

Orphus sistemi