Hakkari və Şırnakın statusu dəyişdirilməyəcək

Hakkari və Şırnakın statusu dəyişdirilməyəcək Bununla bağlı maddə qanun layihəsindən çıxarılıb
Region
2005
19 Avqust , 2016 12:12
Hakkari və Şırnakın statusu dəyişdirilməyəcək

Bakı. 19 avqust. REPORT.AZ/ Hakkari və Şırnakın vilayət statusunun ləğv edilməsi haqda maddə Türkiyə Böyük Millət Məclisinə təqdim olunmuş layihədən çıxarılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, gündəliyə çıxarılacaq 80 maddəlik qanun layihəsi parlamentin plenar iclasında qəbul edilib. Sənəddə səhiyyə, təhsil, mədən sənayesi, sosial sahələrə, habelə şəhid ailələri və uşaqlarına yardıma dair məsələlər öz əksini tapıb.

Bəzi müxalifət təmsilçiləri Şırnak və Hakkarinin əyalət statusunun ləğv edilməsini nəzərdə tutan maddənin layihədən çıxarılmasını alqışlayıblar.

Son xəbərlər

Orphus sistemi