Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
"Report" bu barədə TRT Haber telekanalına istinadən xəbər verir.
Fidan amerikalı həmkarına dekabrın 26-da TBMM-nin Beynəlxalq Əlaqələr Komissiyası tərəfindən İsveçin NATO-ya üzv olmaq ərizəsinin təsdiqlənməsi barədə məlumat verib.
Bununla yanaşı, Vaşinqtonun Ankaraya F-16 qırıcılarının satışı məsələsi müzakirə olunub. Türkiyəli nazir F-16-ların tezliklə satışına ümid etdiyini bildirib.