Haaqa məhkəməsinin prokuroru: "Cənubi Osetiya Gürcüstanın ərazisi olub və belə qalmaqdadır"

Haaqa məhkəməsinin prokuroru: "Cənubi Osetiya Gürcüstanın ərazisi olub və belə qalmaqdadır" Fatu Bensuda: "Sizi əmin edirəm ki, biz məsələ ilə bağlı onlara uyğun sorğunu göndərəcəyik"
Region
1 Fevral , 2016 17:57
Haaqa məhkəməsinin prokuroru: Cənubi Osetiya Gürcüstanın ərazisi olub və belə qalmaqdadır

Bakı. 1 fevral. REPORT.AZ/ "Cənubi Osetiya Gürcüstanın ərazisi olub və belə olaraq qaldığından ölkədəki, o cümlədən bu bölgədəki bütün cinayətlər araşdırılmalıdır".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Haaqa Beynəlxalq Məhkəməsinin prokuroru Fatu Bensuda yerli telekanallardan birinə müsahibəsində bildirib.

Prokuror söyləyib ki, Cənubi Osetiya və Rusiya hakimiyyətinin onun başçılıq etdiyi ofislə əməkdaşlıq edəcəyinə ümidvardır: "Biz bu yaxınlarda bütün Gürcüstan ərazisində törədilən cinayətlərin araşdırılması ilə bağlı icazə almışıq. Başçılıq etdiyim ofis hesab edir ki, Cənubi Osetiyada baş verən və verəcək cinayətlər elə Gürcüstana aiddir. Çünki Cənubi Osetiya Gürcüstanın ərazisi olub və belə də qalmaqdadır. Adıçəkilən bölgədəki "məsul şəxslər"in bizimlə əməkdaşlıq edəcəyindən danışmaq hələ tezdir. Sizi əmin edirəm ki, biz məsələ ilə bağlı onlara uyğun sorğunu göndərəcəyik".

"Rusiya və Cənubi Osetiya əməkdaşlıqdan imtina edərsə, istintaq işləri dalana dirənəcəkmi" sualına cavabında prokuror deyib: "Bu problem olmayacaq".

Son xəbərlər

Orphus sistemi