Haaqa Məhkəməsi Cənubi Osetiya separatçılarının üç keçmiş rəhbərinin həbsini tələb edir

Haaqa Məhkəməsi Cənubi Osetiya separatçılarının üç keçmiş rəhbərinin həbsini tələb edir Haaqa Məhkəməsinin Baş prokuroru Kərim Xan 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı törədilmiş hərbi cinayətlərə görə Cənubi Osetiya separatçılarının üç keçmiş rəhbər şəxsinin həbsi üçün əmr tələb edir.
Region
11 Mart , 2022 10:35
Haaqa Məhkəməsi Cənubi Osetiya separatçılarının üç keçmiş rəhbərinin həbsini tələb edir

Haaqa Məhkəməsinin Baş prokuroru Kərim Xan 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı törədilmiş hərbi cinayətlərə görə Cənubi Osetiya separatçılarının keçmiş 3 rəhbər şəxsinin həbsini tələb edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin məlumatında bildirilib.

Qeyd olunub ki, Mixail Mindzaev, Qamlet Quçmazov və David Sanakoev 2008-ci ilin avqustun 8-dən 27-dək olan dövrdə azadlıqdan qanunsuz məhrum etmə, işgəncələr, qeyri-insani davranış, ləyaqəti alçaldan hərəkətlər, girovların götürülməsi və qanunsuz yerdəyişmə kimi cinayətlər törədiblər.

K.Xan bildirib ki, Nümayəndələr Palatası müraciətini təmin etsə, qeyd olunan şəxslərin saxlanılması ilə bağlı katibliklə sıx əməkdaşlıq edəcək.

Qeyd edək ki, M.Mindzaev 2005-ci ildən 2018-ci ilin oktyabrına qədər Cənubi Osetiyanın “daxili işlər naziri”, Qamlet Quçmazov “DİN”in istintaq təcridxanasının rəisi, D.Sanakoev isə “prezident”in insan haqları məsələləri üzrə nümayəndəsi olub.

Xatırladaq ki, Haaqa Məhkəməsi 2008-ci ilin avqust müharibəsində törədilmiş cinayətlərlə bağlı araşdırmalara 2016-cı ilin yanvarın 27-dən başlayıb.

Son xəbərlər

Orphus sistemi