Gürcüstanlı ekspertin Ermənistana buraxılmamasının səbəbi 3 il sonra açıqlanıb

Gürcüstanlı ekspertin Ermənistana buraxılmamasının səbəbi 3 il sonra açıqlanıb Bakı. 26 iyul. REPORT.AZ/ “Ermənistana buraxılmamağımın səbəbi üç ildən sonra məlum olub”.
Region
26 İyul , 2018 12:24
Gürcüstanlı ekspertin Ermənistana buraxılmamasının səbəbi 3 il sonra açıqlanıb
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ “Ermənistana buraxılmamağımın səbəbi üç ildən sonra məlum olub”.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bunu siyasi elmələr doktoru, gürcüstanlı hərbi ekspert Vaxtanq Maisaya bildirib.

“Dedilər ki, mənə MDB-yə üzv ölkələrə getmək qadağandır. Ən maraqlısı budur - mənə qarşı belə bir qadağa var idisə, onda mən üç dəfə Ukraynaya, iki dəfə Moldovaya və MDB-nin başqa ölkələrinə necə səfər etmişəm? Məni Azrəbaycana da dəvət ediblər.

Ermənistan tərəfinin mənə qarşı iddiasınn olduğuna inanmıram. Məqalələrimdə heç vaxt antierməni mövqeyindən çıxış etməmişəm. Bütün yazılarımda tarazlığı gözləməyə və obyektiv olmağa çalışmışam”, -deyə gürcüstanlı ekspert vurğulayıb.

O deyib ki, Ermənistan Milli təhlükəsizlik Xidməti bu ölkəyə buraxılmamasının səbəbini öyrənmək üçün verdiyi sorğunu 3 ildən sonra cavablandırıb. 

Bildirilib ki, o, 2015-ci ildə konfransda iştirak etmək üçün Ermənistana getmək istəyib. Ancaq onu Ermənistanda “Baqrataşen” Nəzarət Buraxılış Məntəqəsində saxlayaraq, ölkə ərazisinə keçməsinə icazə verməyiblər. Orada V.Maisayaya deyiblər ki, Ermənistana buraxılması ölkənin təhlükəsizliyinə cavab vermir. 

V.Maisaya ehtimal edir ki, Mixeil Saakaşvilinin prezidentliyi dövründə məhkəmənin qərarı ilə onu “NATO-nun casus” adlandırıblar. Məsələ ilə əlaqədar ekspert Ermənistan Xarici İşlər Nazirliyinə məktubla müraciət edib. İyulun 26-da o, Ermənistana gedərək, dostları ilə görüşəcəyini də vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi