Gürcüstanın xarici borcu 4 milyard dolları keçib

Gürcüstanın xarici borcu 4 milyard dolları keçib Bu ölkə 17 dövlətdən 713,1 milyon dollar həcmində kredit götürüb
Region
9 Aprel , 2015 10:20
Gürcüstanın xarici borcu 4 milyard dolları keçib

Bakı. 9 aprel. REPORT.AZ/ 2015-ci il fevralın 28-nə olan müddətədək Gürcüstanın xarici borcu və dövlət təminatı ilə götürülən kreditlərin ümumi həcmi 4,1 milyard dollardır.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstanın Maliyyə Nazirliyi bildirib.

Məlumata görə, Gürcüstanın xarici borcu 4,035 milyard dollardır.

Xəbərdə bildirilib ki, Gürcüstan 17 dövlətdən 713,1 milyon dollar həcmində kredit götürüb. Həmin dövlətlər bunlardır: Avstriya (12 milyon. 273 min dollar), Azərbaycan (11 milyon 216 min dollar), Türkmənistan (211 min dollar), Türkiyə (21 milyon 447 min dollar), İran (8 milyon 749 min dollar), Rusiya (91 milyon 910 min dollar), Ermənistan (13 milyon 241 min dollar), Özbəkistan (269 min dollar), Ukrayna (246 min dollar), Qazaxıstan (27milyon 774 min dollar), Çin (3 milyon 829 min dollar), Almaniya (274 milyon 34 min dollar), Yaponiya (142 milyon 119 min dollar), Küveyt (17 milyon. 892 min dollar), Niderland ( bir milyon 468 min dollar), ABŞ (28 milyon 938 min dollar), Fransa (57 milyon. 485 min dollar).

Son xəbərlər

Orphus sistemi