Gürcüstanın yeni milli təhlükəsizlik konsepsiyası hazırlanıb

Gürcüstanın yeni milli təhlükəsizlik konsepsiyası hazırlanıb “Gürcüstanın yeni milli təhlükəsizlik konsepsiyasının ilkin variantı hazırlanıb”
Region
23 İyun , 2021 12:56
Gürcüstanın yeni milli təhlükəsizlik konsepsiyası hazırlanıb
Vaxtanq Qomelauri

“Gürcüstanın yeni milli təhlükəsizlik konsepsiyasının ilkin variantı hazırlanıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri deyib.

Onun sözlərinə görə, sənəd Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında müzakirə olunub: “Sənəd hazırda aidiyyəti qurumlarla razılaşdırılır. Konsepsiyanın parlamentin payız sessiyasının gündəliyinə daxil edilməsi planlaşdırılır”.

Nazir həmçinin qeyd edib ki, Gürcüstana qarşı təhdidlərin qiymətləndirilməsi üzrə sənədin də yenilənməsi üzrə işlər aparılır.

Son xəbərlər

Orphus sistemi