Gürcüstanın XİN başçısı ukraynalı həmkarı ilə telefonla danışıb

Gürcüstanın XİN başçısı ukraynalı həmkarı ilə telefonla danışıb Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı baş tutub.
Region
24 Yanvar , 2022 17:44
Gürcüstanın XİN başçısı ukraynalı həmkarı ilə telefonla danışıb
David Zalkaliani

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı baş tutub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Danışıq zamanı D.Zalkaliani Gürcüstanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini təsdiqləyib, hazırkı mürəkkəb vəziyyətdə ölkəyə qətiyyətli dəstək ifadə edib.

Gürcü nazir həmçinin qeyd edib ki, Gürcüstan və Ukrayna işğalla bağlı ümumi çağırışlarla üzləşir.

Tərəflər Ukrayna sərhədləri boyu cari vəziyyət və baş verən proseslərə dair məlumat mübadiləsi aparıblar.

XİN başçıları beynəlxalq tərəfdaşların Gürcüstan və Ukraynanın suverenliyi, ərazi bütövlüyünə dəstəyini müsbət qiymətləndiriblər.

Telefon danışığı zamanı Gürcüstan və Ukrayna arasında sıx təmaslar vurğulanıb. Nazirlər cari proseslərlə bağlı informasiya mübadiləsi üçün yüksək səviyyəli təmasların davam etdirilməsinə dair razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi