Gürcüstanın XİN başçısı sabah Türkiyəyə səfər edəcək

Gürcüstanın XİN başçısı sabah Türkiyəyə səfər edəcək Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb
Region
367
2 Mart , 2021 17:55
Gürcüstanın XİN başçısı sabah Türkiyəyə səfər edəcək
David Zalkaliani

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə martın 3-də Türkiyəyə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Gürcüstanla ikitərəfli münasibətlərin daha da genişləndirilməsi imkanları müzakirə olunacaq, aktual regional mövzular haqqında fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, fevralın 18-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfi görüşü nəzərdə tutulmuşdu, lakin həmin gün Gürcüstan hökumətinin istefasına görə iclas təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi