Gürcüstanın XİN başçısı ABŞ-ın dövlət katibi ilə regional təhlükəsizliyi müzakirə edib

Gürcüstanın XİN başçısı ABŞ-ın dövlət katibi ilə regional təhlükəsizliyi müzakirə edib Tərəflər Gürcüstanda demokratik konsolidasiya məsələlərini müzakirə ediblər
Region
13 Aprel , 2021 21:20
Gürcüstanın XİN başçısı ABŞ-ın dövlət katibi ilə regional təhlükəsizliyi müzakirə edib
Entoni Blinken və  David Zalkaliani

Gürcüstanın xarici işlər naziri David Zalkaliani və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə XİN başçısı tvitter hesabında məlumat verib.

O, söhbət zamanı Gürcüstan və bölgədə təhlükəsizlik, ABŞ-la strateji tərəfdaşlıq və Gürcüstanda demokratik konsolidasiya məsələlərinin müzakirə olunduğunu bildirib.

“ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünü, həmçinin Avroatlantik strukturlara inteqrasiyasına qətiyyətli dəstəyi mühüm əhəmiyyət kəsb edir. Biz, tərəfdaşlığın daha da gücləndirilməsi üçün Bayden administrasiyası ilə sıx əməkdaşlığa ümid edirik”, - D.Zalkaliani yazıb.

Son xəbərlər

Orphus sistemi