Gürcüstanın xarici ticarət dövriyyəsi 17% azalıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 17% azalıb Bu ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 4 milyard 206,2 milyon ABŞ dollarına bərabər olub.
Region
15 İyun , 2020 11:20
Gürcüstanın xarici ticarət dövriyyəsi 17% azalıb

Bu ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 4 milyard 206,2 milyon ABŞ dollarına bərabər olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu həcm 16,8% azalıb.

Bu ilin ilk beş ayında Gürcüstanın ixracının dəyəri 1 milyard 235,4 milyon, idxalının dəyəri isə 2 milyard 970,8 milyon ABŞ dolları təşkil edib. İllik müqayisədə ixracın həcmində 16,2%, idxalın həcmində isə 17% azalma qeydə alınıb.

Hesabat dövründə qonşu ölkənin ticarət kəsiri 1 milyard 735,4 milyon ABŞ dolları olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,3% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi