Gürcüstanın turizmdən gəliri artmağa başlayıb

Gürcüstanın turizmdən gəliri artmağa başlayıb Bu ilin mart ayında Gürcüstan turizmdən 29,5 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Region
20 Aprel , 2021 19:24
Gürcüstanın turizmdən gəliri artmağa başlayıb

Bu ilin mart ayında Gürcüstan turizmdən 29,5 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının analitik hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə gəlirin həcmi 15,8 milyon ABŞ dolları və yaxud 2,1 dəfə artıb.

Ötən ilin eyni ayı ilə müqayisədə isə gəlirdə 60 % azalma qeydə alınıb.

Martda Gürcüstanın qəbul etdiyi ziyarətçilərin sayı illik müqayisədə 67,8 % azalaraq 63,3 min nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi