Gürcüstanın turizmdən gəliri 5,2% artıb

Gürcüstanın turizmdən gəliri 5,2% artıb Ötən ay Gürcüstanın turizmdən əldə etdiyi gəlir 266,9 mln. dollar təşkil edib.
Region
16 Noyabr , 2019 02:17
Gürcüstanın turizmdən gəliri 5,2% artıb

Ötən ay Gürcüstanın turizmdən əldə etdiyi gəlir 266,9 mln. dollar təşkil edib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının analitik hesabatında bildirilib.

Sentyabr ayı ilə müqayisədə gəlirdə 51,7 mln. dollar azalma qeydə alınıb. Ötən ilin oktyabr ayı ilə müqayisədə isə göstərisi 5,2% artıb.

Sənədə əsasən oktyabrda Gürcüstana 735,1 min nəfər səfər edib ki, bu da illik müqayisədə 11% çoxdur.

Son xəbərlər

Orphus sistemi