Gürcüstanın tanınmış siyasətçisi vəfat edib

Gürcüstanın tanınmış siyasətçisi vəfat edib Gürcüstanın tanınmış siyasətçisi Koba Davitaşvili 49 yaşında vəfat edib.
Region
2 Dekabr , 2020 15:19
Gürcüstanın tanınmış siyasətçisi vəfat edib
Koba Davitaşvili

Gürcüstanın tanınmış siyasətçisi Koba Davitaşvili 49 yaşında vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, durumu ağırlaşdığından iki həftə öncə xəstəxanaya yerləşdirilmişdi.

K.Davitaşvili 2017-ci ildən nadir hesab olunan Bexterev xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, siyasətçi bir neçə çağırışda Gürcüstan parlamentinə deputat seçilib, 2010-2012-ci illərdə Tbilisi Şəhər Şurasında təmsil olunub. Sonuncu dəfə K.Davitaşvili 2012-ci ildə qanunverici orqana seçilmişdi. Keçmiş deputat 2013-cü ildə Gürcüstanda prezident seçkilərində namizəd kimi iştirak edib. O, müxalif Xalq Partiyasının sədri olub.

Son xəbərlər

Orphus sistemi