Gürcüstanın sabiq prezidentini mühafizəsiz qoydular

Gürcüstanın sabiq prezidentini mühafizəsiz qoydular Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili dövlət mühafizəsindən məhrum edilib.
Region
3 Mart , 2020 12:33
Gürcüstanın sabiq prezidentini mühafizəsiz qoydular

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili dövlət mühafizəsindən məhrum edilib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb.

“Ötən gün ürəkdən əla xidmətə görə mühafizəçilərimə təşəkkür edib onlarla sağollaşdım”, - G.Marqvelaşvili yazıb.

O bildirib ki, bu, prezident institutunu sarsıtmaqla bağlı hakimiyyətin siyasi qərarıdır.

Qeyd edək ki, 2013-2018-ci illərdə Gürcüstanın prezidenti olan G.Marqvelaşvili fəal siyasətə qayıdıb. 

Son xəbərlər

Orphus sistemi