Gürcüstanın Qazaxıstandakı səfiri Zurab Abaşidze koronavirusa yoluxub.
"Report”un yerli bürosu xəbər verir ki, səfir ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Gürcüstanın Xarici İşlər Nazirliyi Z.Abaşidzenin COVID-19-a yoluxması faktını təsdiq edib.
Səfirin həyat yoldaşında da virus infeksiyasının aşkar olunduğu bildirilib.