​Gürcüstanın Qardabani bölgəsində keçirilən seçkidə hakim partiyanın nümayəndəsi qələbə qazanıb

​Gürcüstanın Qardabani bölgəsində keçirilən seçkidə hakim partiyanın nümayəndəsi qələbə qazanıb Bu rayonun yerli əhalisi əsasən azərbaycanlılardan ibarətdir
Region
29 Yanvar , 2016 14:03
​Gürcüstanın Qardabani bölgəsində keçirilən seçkidə hakim partiyanın nümayəndəsi qələbə qazanıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Gürcüstanın Qardabani bələdiyyəsinin sədri vəzifəsinə keçirilən növbədənkənar seçkidə hakim "Gürcü arzusu" Partiyasının namizədi Qoça Camarauli qələbə qazanıb. 

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Məlumata görə, seçicilərin 67,49 faizi (7771 seçici) Qoça Camarauliyə, 32,51 faizi (3743 seçici) isə onun "Milli Hərəkat"dan olan rəqibi Besika Kaxabrişviliyə səs verib.

Qeyd edək ki, Qardabanın yerli əhalisi əsasən azərbaycanlılardan ibarətdir.

Son xəbərlər

Orphus sistemi