Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Qafqaz Universitetinin rektoru Kaxa Şengeliya ilə görüş keçirib.
“Report”un yerli bürosu xəbər verir ki, görüşdə ADA Universiteti ilə Qafqaz Universiteti arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində işlərin davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Tərəflər hər iki ali məktəbin rektorlarının qarşılıqlı səfərlərinin həyata keçirilməsinin əhəmiyyətindən də söz açıblar. Rektor ADA Universiteti ilə yanaşı, Azərbaycanın daha bir neçə ali təhsil ocaqları ilə sıx əməkdaşlıq münasibətlərinin olduğunu qeyd edib.
Görüşdə Azərbaycanın ali məktəbləri ilə Qafqaz Universiteti arasındakı əməkdaşlığın dərinləşdirilməsi, Qafqaz Elmi Araşdırma İnstitutu və Azərbaycanşünaslıq proqramının inkişafına dair məsələlər müzakirə olunub.
F.Quliyev K.Şengeliyanın Azərbaycanla əlaqələrə verdiyi böyük önəm və dəstəyə görə təşəkkür edib, Qafqaz Universiteti ilə Səfirlik arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyini bildirib.
Daha sonra K.Şengeliya səfiri ali məktəbdə mövcud şərait və auditoriyalarla tanış edib.






