​Gürcüstanın energetika naziri İrana səfər edəcək

​Gürcüstanın energetika naziri İrana səfər edəcək Kaxa Kaladze: "İranda təbii qazın alınması imkanlarını müzakirə edəcəyik"
Region
28 Oktyabr , 2015 18:33
​Gürcüstanın energetika naziri İrana səfər edəcək

Bakı. 28 oktyabr. REPORT.AZ/ Gürcüstanın energetika naziri Kaxa Kaladze noyabrın ortalarında təbii qazın tranziti ilə bağlı danışıqlar aparmaq üçün İrana səfər edəcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Kaxa Kaladze bildirib.

"Gürcüstanın geopolitik mövqeyindən çıxış edərək İran bazarı və resursları bizi özünə çəkib. Biz bundan maksimum istifadə etməliyik. Noyabrın ortalarında şəxsən İrana səfər etməyi planlaşdırıram. İranda təbii qazın alınması imkanlarını müzakirə edəcəyik. Bu, çox vacibdir", - nazir vurğulayıb.

Məlumata görə, K.Kaladze indiyədək heç vaxt İrandan təbii qaz alınması ilə bağlı bəyanat verməyib. Ancaq ötən gün Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili bu məsələyə toxunub. Ölkə mediası ehtimal edib ki, onun bu çıxışı K.Kaladzenin İran istiqamətində fəallaşmasına səbəb olub. 

Son xəbərlər

Orphus sistemi