Gürcüstanın nazir müavini azərbaycanlıların yaşadığı kəndlərin problemləri ilə tanış olub

Gürcüstanın nazir müavini azərbaycanlıların yaşadığı kəndlərin problemləri ilə tanış olub Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Lia Giqauri azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna səfər edib.
Region
16 Avqust , 2019 18:16
Gürcüstanın nazir müavini azərbaycanlıların yaşadığı kəndlərin problemləri ilə tanış olub
Report

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Lia Giqauri azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna səfər edib.

"Report"un yerli bürosu xəbər verir ki, nazir müavini azərbaycanlıların yaşadığı Qırmızı, Qızılhacılı, Tamaris və Tsereteli kəndlərinə baş çəkib.

L.Giqauri kəndlərdə sakinləri narahat edən məsələlərlə maraqlanıb, milli azlıqlarla bağlı həyata keçirilən dövlət proqramları və layihələri və Marneuli rayonunda həyata keçirilən layihələrdən danışıb.

Görüşlərdə həmçinin hökumətin təqaüdçülər, sosial təminatı olmayan və fiziki məhdudiyyətli şəxslərin xroniki xəstəliklərin müalicəsi üçün 35 adda dərmanı 1 lariyə ala biləcəkləri ilə bağlı yeni təşəbbüsü barədə də məlumat təqdim olunub.

Dövlət naziri müavinini görüşlərdə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Marneuli rayonunun icra başçısı Zaur Darğallı və yerli hakimiyyət orqanlarının nümayəndələri müşayiət ediblər.

Son xəbərlər

Orphus sistemi