Gürcüstanın müxalifət liderinin apellyasiya şikayəti rədd edilib

Gürcüstanın müxalifət liderinin apellyasiya şikayəti rədd edilib VMHP sədri fevralın 23-də həbs olunub
Region
25 Fevral , 2021 17:22
Gürcüstanın müxalifət liderinin apellyasiya şikayəti rədd edilib
Nika Meliya

Tbilisi Apellyasiya Məhkəməsi müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın vəkillərinin şikayətini təmin etməyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə vəkillərdən biri olan Beka Basilaya məlumat verib.

Onun sözlərinə görə, müraciətdə Tbilisi Şəhər Məhkəməsinin N.Meliyaya qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə qərarının ləğvi tələb olunub.

Qeyd edək ki, VMHP sədri fevralın 23-də həbs olunub.

Son xəbərlər

Orphus sistemi