Gürcüstanın müxalif televiziyası fəaliyyətini bərpa edib

Gürcüstanın müxalif televiziyası fəaliyyətini bərpa edib Ötən gecə etirazlar səbəbindən yayımını dörd saata yaxın dayandıran Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı yayımını bərpa edib.
Region
8 İyul , 2019 10:27
Gürcüstanın müxalif televiziyası fəaliyyətini bərpa edib

Ötən gecə etirazlar səbəbindən yayımını dörd saata yaxın dayandıran Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı yayımını bərpa edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu gün səhər saat 07:30-da kanal əməkdaşları yenidən efirə çıxıblar. 

“Rustavi 2”nin baş direktoru Nika Qvaramia bildirib ki, yayımın dayandırılması barədə qərar təhlükəsizlik baxımından qəbul edilib.

Qeyd edək ki, “Rustavi 2”yə qarşı etirazlara səbəb ötən axşam efirdə yayımlanan “Postskriptum” proqramı olub. Aparıcı Giorgi Qabunia Rusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. Qalmaqallı proqramı Gürcüstan hökuməti və ictimaiyyəti böyük narazılıqla qarşılayaraq, bunu dövlət və xalqa qarşı təxribat kimi qiymətləndiriblər.

Gecə saatlarında televiziya kanalının ofisi yaxınlığında kütləvi etiraz aksiyası keçirilib. Etirazçıların bir qismi G.Gabunianın üzr istəməsini, digər qismi isə kanalın bağlanmasını tələb ediblər. “Rustavi 2” kanalının rəhbərliyi G.Qabunianın ifadələrinə görə tamaşaçılardan üzr istəyib.

Etiraz fonunda televiziya kanalının iki əməkdaşı işdən çıxıb.  

Son xəbərlər

Orphus sistemi