Gürcüstanın müxalif “Avropa Gürcüstanı” partiyası prezidentliyə namizədinin adını açıqlayıb

Gürcüstanın müxalif “Avropa Gürcüstanı” partiyası prezidentliyə namizədinin adını açıqlayıb Tbilisi. 21 iyul. REPORT.AZ/ Gürcüstanın əsas müxalifət partiyalarından hesab olunan “Avropa Gürcüstanı” partiyası David Bakradzenin prezidentliyə namizədliyini irəli sürüb.
Region
21 İyul , 2018 19:39
Gürcüstanın müxalif “Avropa Gürcüstanı” partiyası prezidentliyə namizədinin adını açıqlayıb

Tbilisi. 21 iyul. REPORT.AZ/ Gürcüstanın əsas müxalifət partiyalarından hesab olunan “Avropa Gürcüstanı” partiyası David Bakradzenin prezidentliyə namizədliyini irəli sürüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iyulun 21-də Kutaisi İdman Sarayında partiya fəallarının toplantısı keçirilib. Toplantıda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub və D.Bakradzenin namizədliyi yekdilliklə təsdiq olunub.

Partiyanın baş katibi Qiqi Uqulava çıxışında deyib ki, bu gün Gürcüstan cəmiyyətinin hamını öz ətrafında birləşdirə biləcək prezidentə ehtiyacı var. “Elə bir prezidentə ki, xalqın sabaha ümidlərini doğrultsun, cəmiyyətin qarşısında duran problemləri həll etsin, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasını vergiləri azaltmağa, pensiyaları artırmağa, vətəndaşlara yardım göstərməyə məcbur edə bilsin”, - deyə Uqulava vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın bir neçə müxalifət partiyası prezident seçkilərində vahid taktikadan istifadə etmək, seçkilərdə ikinci tur olarsa hamılıqla müxalifətin liderinə səs vermək barədə razılığa gəliblər.

David Bakradze ana müxalifət partiyası olan Gürcüstan “Vahid Milli Hərəkat” Partiyasının üzvü olub.

Son xəbərlər

Orphus sistemi