Gürcüstanın müsəlman icması üçün ayrılan dövlət vəsaiti artırılıb

Gürcüstanın müsəlman icması üçün ayrılan dövlət vəsaiti artırılıb Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qərarı ilə ölkənin dini icmalarının maliyyələşdirilməsi artırılıb.
Region
8 aprel 2022 07:25
Gürcüstanın müsəlman icması üçün ayrılan dövlət vəsaiti artırılıb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qərarı ilə ölkənin dini icmalarının maliyyələşdirilməsi artırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu il üçün ayrılmış 4,5 milyon lari (təqribən 1,5 mln ABŞ dolları) həcmində vəsaitə 1 milyon lari əlavə edilib.

Vəsait sovet dövründə dini icmalara dəymiş mənəvi zərərin qismən kompensasiyası üçün nəzərdə tutulub.

Gürcüstan hökuməti dini təşkilatların maliyyələşdirilməsinin artırılmasında icmalara mənsub olanların, din xadimləri və ibadət yerlərinin sayını nəzərə alıb. Müvafiq qərar Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi ilə məsləhətləşmələr əsasında qəbul edilib. Bir milyon lari məbləğində vəsait Gürcüstan hökumətinin Ehtiyat Fondundan ayrılacaq.

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri, şeyx Hacı Ramin İgidov hökumətin qərarını müsbət qarşıladığını bildirib. Onun sözlərinə görə, dini ibadət yerlərinin abadlaşdırılması üçün vəsaitin artırılmasına ehtiyac vardı. GMİ sədri Gürcüstan hökumətinə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, 2022-ci il üzrə dini icmalar üçün nəzərdə tutulan 4,5 milyon larinin 3,5 milyonu artıq bölüşdürülüb. Vəsaitin böyük hissəsi 2,2 milyon lari olmaqla ölkənin müsəlman icmasına təqdim edilib.

Son xəbərlər

Orphus sistemi